Masazırda 2 qadını öldürən tutuldu - YENİLƏNİB
14 aprel 2026 21:45 (UTC +04:00)

Masazırda 2 qadını öldürən tutuldu - YENİLƏNİB

0

Masazırda 2 qadını öldürən tutulub.

Lent.az-ın əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı Vüsal İsgəndərli polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Goranboy rayonunda saxlanılaraq istintaqa təhvil verilib.

***

11 aprel, saat 16:57

Masazırda 2 qadının qətli ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

13:11

Masazırda evdə qətlə yetirilən qadınların şəxsiyyəti məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, öldürülən şəxslərin 39 yaşlı Pərişan Əlövsət qızı Süleymanova və 30 yaşlı Nuranə Rüstəm qızı İsgəndərli olduqları müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***
12:35

Abşeronda 2 nəfər qətlə yetirilib.

Lent.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Adları hələlik məlum olmayan 37 və 30 yaşlı qadınlar kəsici-deşici xəsarətlərlə öldürülüblər.

Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3844

Oxşar yazılar