Polis polkovniki məktəblilərlə görüşdü
15 aprel 2026 10:01 (UTC +04:00)

Polis polkovniki məktəblilərlə görüşdü

0

Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin təşkilatçılığı ilə Yasamal rayonu ərazisində yerləşən 308 nömrəli tam orta məktəbdə “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 

Lent.az xəbər verir ki, tədbirdə polis əməkdaşları, Peşəkar Psixoloqlar İctimai Birliyinin və Bakı Narkoloji Mərkəzin psixoloq və sosioloqları iştirak ediblər.

Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi polis polkovniki İbrahim İsmayılov çıxış edərək əsas məqsədinin yeniyetmə və gənclərin narkotiklərin zərərləri və erkən nikahın fəsadları barədə məlumatlandırılması olan bu görüşlərin əhəmiyyətindən danışıb. 

Çıxış edənlər şagirdlərə narkomaniyanın fiziki, psixoloji və ictimai təhlükələri, bu istiqamətdə aparılan qətiyyətli mübarizə tədbirləri, eləcə də erkən nikahın sosial fəsadları barədə ətraflı məlumat veriblər. 

Sonda şagirdlərə dəyərli tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar