Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
Lent.az-ın məlumatına görə dövlət ittihamçısı çıxışında təqsirləndirilən Amin Nurinin 18 il, 3 ay azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib. Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Amin Nurinin 16 il, 1 ay azadlıqdan məhrum edilməsini elan edib.
Xatırladaq ki, hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında Binəqədi rayonunun ərazisində baş verib. 30 yaşlı Aslan Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 35 yaşlı Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.
Aslan Nuri azyasli körpəsinin gözü qarşısında qətlə yetirilib. Hadisədən sonra Amin Nuri qucağında qardaşının qana bulaşmış körpəsini uşağın anasına verərək qardaşını öldürdüyünü bildirərək könüllü polisə gedəcəyini deyib. Hadisənin qardaşlar arasında mülk bölgüsü ilə bağlı olduğu bildirilib.
Hadisəni törətməkdə təqsirləndirilən Amin Nuri müharibə iştirakçısı və həmçinin zabit olub.