Tualet kağızı   keçmişdə qalır - Ona alternativ yaradıldı
15 aprel 2026 14:42 (UTC +04:00)

Tualet kağızı keçmişdə qalır - Ona alternativ yaradıldı

0

Alimlər tualet kağızının ətraf mühitə təsirini araşdıraraq daha ekoloji alternativin nə olduğunu müəyyənləşdiriblər. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya görə, ənənəvi karton borulu tualet kağızından imtina edənlərin sayı dünyada getdikcə artır. İnsanlar daha az tullantı yaradan alternativlərə üstünlük verməyə başlayırlar.

Alimlər müəyyən ediblər ki, tualet kağızının ekoloji təsirində əsas rol xammal növü yox, istehsalın harada və hansı enerji mənbələri ilə aparılmasıdır.

Məsələn, Çində bambuk kağızı istehsal edən müəssisələr əsasən kömür enerjisindən istifadə edir. Kanadada istehsal olunan sellüloz hidroenerji ilə təmin olunur, Braziliyada isə evkalipt emalı zamanı yaranan tullantılar yanacaq kimi istifadə edilir.

Model hesablamalar göstərib ki, bambuk istehsalında daha təmiz enerji mənbələrinə keçid olarsa, onunla ağac əsaslı kağız arasında emissiya fərqi demək olar ki, yoxa çıxır.

Alimlər bildirirlər ki, bu nəticə diqqəti xammaldan çox istehsal infrastrukturuna yönəldir.

Digər vacib amil: yumşaqlıq texnologiyası

Araşdırma zamanı daha bir mühüm faktor üzə çıxıb – kağızın yumşaqlığını təmin edən texnologiya.

Standart məhsullar daha az enerji tələb edən Light Dry Crepe texnologiyası ilə istehsal olunur. Premium, çox yumşaq kağızlar isə Creped Through Air Drying üsulu ilə hazırlanır və bu proses daha çox qaz və elektrik sərf edir.

Nəticədə həm bambuk, həm də ağac əsaslı yumşaq məhsullar daha yüksək karbon izi yaradır.

Tualet kağızına alternativ nədir?

Bəzi mütəxəssislər ən yaxşı həllin ümumiyyətlə tualet kağızından imtina olduğunu hesab edir. Alternativ kimi bide sistemləri göstərilir. Bu qurğular Avropa, Asiya və Yaxın Şərqdə uzun illərdir istifadə olunur və müasir modellər su qızdırıcısı və quruducu funksiyalarla təchiz edilir.

Ekspertlərin sözlərinə görə, bide istifadə edilməsi ev təsərrüfatlarında tualet kağızı istifadəsini 75 faizə qədər azalda bilər. “Mordor Intelligence” tərəfindən aparılan bazar təhlili də göstərir ki, bide sistemlərinin populyarlığı tualet kağızına tələbatın artımını zəiflədən əsas amillərdən biridir.

Buna baxmayaraq, qlobal bazar hələ də böyüməyə davam edir. Proqnozlara görə, tualet kağızı bazarı yaxın illərdə də artım göstərəcək.

Qeyd edək ki, Almaniyada maraqlı bir üsul da yayılıb – bəzi insanlar xoşagəlməz qoxuları azaltmaq üçün tualet kağızını soyuducuya qoyurlar. Bu üsul müvəqqəti olaraq qoxunu azaltsa da, problemin əsas səbəbini aradan qaldırmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar