Kran suyu ilə yemək bişirmək  olarmı? Aşpazların izahı
01 aprel 2026 12:04 (UTC +04:00)

Kran suyu ilə yemək bişirmək olarmı? Aşpazların izahı

0

Peşəkar aşpazlar kran suyundan tamamilə imtina etmirlər, lakin onu mümkün qədər təmiz hala gətirməyə çalışırlar. Suyun keyfiyyəti məsələsi çoxlarını narahat edir, xüsusilə söhbət yemək hazırlanmasından gedəndə.

Bəziləri tərəddüd etmədən kran suyundan istifadə edir, digərləri isə prinsipial olaraq butulka və ya filtrdən keçmiş su alır. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, kran suyundan müəyyən şərtlərlə istifadə etmək mümkündür.

Şəhərlərdə su təmizlənir və sanitariya normalarına uyğundur, buna görə formal olaraq onu şorba və ya qarnirlər bişirmək üçün istifadə etmək olar. Lakin peşəkar aşpazlar qeyd edir ki, hətta təhlükəsiz su belə tərkibinə və dadına görə həmişə ideal olmur. Su bir çox yeməyin əsasını təşkil edir və onun keyfiyyəti nəticəyə birbaşa təsir göstərir. Əgər suda:

xlorun çoxluğu;

metal qarışıqları;

kənar qoxu varsa,

bu, xüsusilə şorba, sous və içkilərin dadını dəyişə bilər. Buna görə restoranlarda, hətta kran suyu istifadəyə yararlı olsa belə, tez-tez filtrdən keçmiş su istifadə olunur.

Kran suyunu nə vaxt istifadə etməmək daha yaxşıdır?

Bəzi hallarda aşpazlar ehtiyatlı olmağı məsləhət görür. Məsələn, suyun kəskin qoxusu və ya bulanıqlığı varsa, onu əlavə təmizləmə olmadan istifadə etmək olmaz.

Həmçinin yemək hazırlamaq üçün krandan birbaşa isti su götürmək məsləhət deyil. Çünki o, borular və qızdırıcı sistemlərdən keçdiyinə görə daha çox qarışıq maddələr ehtiva edə bilər.

Qaynatmaq kömək edirmi?

Qaynatmaq bakteriyaların çoxunu məhv edir, lakin xloru, ağır metal duzlarını və digər kimyəvi qarışıqları aradan qaldırmır. Buna görə bu, yalnız qismən həll yoludur.

Peşəkar aşpazlar nə tövsiyə edir?

Əksər hallarda onlar sadə qaydaya əməl edirlər: gündəlik yeməklər üçün kran suyundan istifadə etmək olar, lakin bəzi yeməklər üçün filtrdən keçmiş su daha yaxşıdır.

Xüsusilə bu hallarda:

qəhvə və çay;

şorba və bulyonlar;

souslar.

Məhz bu yeməklərdə suyun dadı və keyfiyyəti daha çox hiss olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar