Krım üzərində itkin düşən hərbi təyyarə qayaya çırpıldı, 29 nəfər öldü-YENİLƏNİB
01 aprel 2026 02:54 (UTC +04:00)

Krım üzərində itkin düşən hərbi təyyarə qayaya çırpıldı, 29 nəfər öldü-YENİLƏNİB

0

Əvvəllər əlaqə kəsilən An-26 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğradığı məlum olub.

Lent.az xəbər verir ki, bu barədə TASS agentliyi hadisə yerindən mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarə Krım üzərində uçuş zamanı qayaya çırpılıb.

Qəza nəticəsində 29 nəfər həlak olub, onlardan 6-sı ekipaj üzvü, 23-ü isə sərnişindir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Rusiya, Krım, An-26, qəza, həlak olanlar



***
00:18

Krım üzərində uçuş zamanı Rusiyaya məxsus An-26 hərbi nəqliyyat təyyarəsi ilə əlaqə kəsilib.

Lent.az xəbər verir ki,  bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə planlaşdırılmış uçuş zamanı baş verib və təyyarədə olan heyət üzvlərinin taleyi hələlik məlum deyil.

Nazirlik bildirib ki, təyyarəyə kənardan müdaxilə qeydə alınmayıb. Axtarış-xilasetmə qrupları ehtimal olunan qəza bölgəsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 642

Oxşar yazılar