Aparıcı Bekhemə toxunduqdan sonra əlini iylədi…  və üzr istəməyə  məcbur oldu
31 mart 2026 17:49 (UTC +04:00)

Aparıcı Bekhemə toxunduqdan sonra əlini iylədi…üzr istəməyə məcbur oldu

0

Britaniyalı aparıcı müsahibə zamanı Bekhem ona toxunduqdan sonra əlini iylədiyini etiraf edib. O, bu şərhlərə görə internetdə üzr istəməyə məcbur olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniyadan xüsusilə qəribə bir hekayə: talkSPORT aparıcısı Şeban Airn Devid Bekhemlə bağlı gülməli bir hadisəni xatırlayıb, lakin gözlənilmədən nifrətlə qarşılanıb.

34 yaşlı jurnalist şəklini paylaşaraq yazıb: "Mənim öz Bekhem hekayəm. Bir neçə il əvvəl talkSPORT DriveTime şousu üçün ondan müsahibə almışdım...

O, əlini qoluma qoydu və sualı təkrarlamağımı istədi. Evə qatarla gedərkən qolumun həmin hissəsini bir neçə dəfə iylədim".

Qadın sosial mediada obyektivləşdirməkdə (insanları müəyyən məqsədlər üçün mal və ya əşya kimi qəbul etməkdə) ittiham olunub və üzr istəməyə məcbur edilib və nəticədə bunu edib:

"Təhqir üçün dərin üzr istəyirəm. Bu, sadəcə bir zarafat idi. Heç kimi təhqir etmək və ya kişiləri obyektivləşdirmək niyyətində deyildim".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar