Xavi ən yaxşı futbolçunun adını  AÇIQLADI: "Onun kimi təcrübəlisi yoxdur"
10 iyun 2023 15:20 (UTC +04:00)

Xavi ən yaxşı futbolçunun adını AÇIQLADI: "Onun kimi təcrübəlisi yoxdur"

1

“Barselona”nın baş məşqçisi Xavi “Əl-Sədd”in yarımmüdafiəçisi Santi Kasorlanı çalışdırdığı ən yaxşı futbolçu adlandırıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, baş məşqçi bu barədə sözlərini belə ifadə edib:

“Santi Kasorlanı “Barselona”ya transfer etmək istərdim. O, çalışdırdığım ən yaxşı oyunçudur. Bu oyunçular əvəzolunmazdır. Messi, Buskets və İnyesta istisna olmaqla, futbolu ən çox sevdirən futbolçu Kasorladır. Futbolda heç kimin Santi kimi istedadı yoxdur”.

Xatırladaq ki, Xavi və Kasorla Qətərdə “Əl-Sədd”in tərkibində birlikdə çalışıblar.

İspaniya çempionatı mövsümünün sonunda Xavinin rəhbərliyi altında “Barselona” 88 xalla çempion olub. “Real Madrid” 78 xalla ikinci olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 7088

Oxşar yazılar