“Mançester Siti”nin hücumçusu Riyad Mahrez karyerasını “Əl-Əhli”də davam etdirə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, Səudiyyə Ərəbistanı klubu 32 yaşlı əlcəzairli futbolçuya bu yay komandaya qoşulacağı təqdirdə ildə 46 milyon avro təklif etməyə hazırdır.
Mahrez 2022/23 mövsümündə “Siti”nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 15 qol vurub və 13 məhsuldar ötürmə verib. Müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
