"Mançester Siti" ilk dəfə Çempionlar Liqasının qalibi oldu
11 iyun 2023 00:57 (UTC +04:00)

"Mançester Siti" ilk dəfə Çempionlar Liqasının qalibi oldu

0

UEFA Çempionlar Liqasında mövsümün final oyunu keçirilib.

Lent.az xəbər verir ki, həlledici görüş İstanbulda İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında baş tutub.

İstanbulun ikinci dəfə ev sahibliyi etdiyi ÇL finalında İngiltərə təmsilçisi tarxində ilk dəfə qələb kuboku başı üzərinə qaldırıb.

Qarşlıqlı hücumlar şəraitində keçən maçtda 68-ci dəqiqədə “şəhərlilər” Rodrinin qolu ilə önə çıxıb – 1:0.

Görüş bu hesabla başa çatıb.

Beləliklə qitənin nüfuzlu turnirində ikinci dəfə final oynayan “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2651

Oxşar yazılar