“Neftçi” avrokuboklarda mübarizəyə başlayıb.
Lent.az-ın məlumatına görə, Premyer Liqanın vitse-çempionu Konfrans Liqasının II təsnifat mərhələsinin “Aris”lə ilk görüşünə çıxıb.
Kiprdəki görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Matçın taleyi isə fasilədən sonra həll olunub.
Limassol təmsilçisi “Neftçi”nin qapısına vurulan iki qolla qələbə qazanıb. Buraxılan qollardan sonra fəallığı artıran bakılıların səyləri isə bəhrəsiz qalıb.
Qeyd edək ki, “Neftçi” və “Aris” arasında cavab oyunu iyulun 28-də keçiriləcək.