“Kaşıbeyaz” artıq Bakıda - Türk mətbəxinin yeni ünvanı “Dreamland”də
20 aprel 2026 16:28 (UTC +04:00)

“Kaşıbeyaz” artıq Bakıda - Türk mətbəxinin yeni ünvanı “Dreamland”də

0

Bakı şəhərinin premium həyat tərzi məkanlarından biri olan “Dreamland”də türk mətbəxinin tanınmış brendlərindən “Kaşıbeyaz” fəaliyyətə başlayır.

Türkiyədə uzun illərə dayanan kulinariya irsini və qonaqpərvərlik ənənəsini özündə birləşdirən “Kaşıbeyaz”, Bakıda həm dad, həm də konsept baxımından fərqli bir restoran təcrübəsi təqdim etməyi hədəfləyir. Brendin şəhərə gəlişi, paytaxtın restoran və həyat tərzi səhnəsində diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir.

“Kaşıbeyaz” “Dreamland Baku” menyusu şeflərin ustalıqla hazırladığı seçilmiş türk təamları ilə formalaşdırılıb. Ət yeməkləri və kabab növlərindən tutmuş, ənənəvi məzələrə və məşhur şirniyyatlara qədər geniş çeşid qonaqlara təqdim olunur. Hər bir təam keyfiyyətli inqrediyentlər və klassik reseptlər əsasında hazırlanaraq, müasir təqdimatla servis edilir. Məkanın interyeri isə, zövqlü detalları, geniş və işıqlı sahəsi, eləcə də rahat atmosferi ilə seçilərək həm gündəlik ziyarətlər, həm də xüsusi görüşlər üçün uyğun mühit yaradır.

Restoranın rəsmi açılışı 19 apreldə keçirilib. Açılış çərçivəsində media nümayəndələri, seçilmiş qonaqlar və influencerlər üçün xüsusi proqram təşkil olunub. Tədbir zamanı “Kaşıbeyaz”ın konsepti, kulinariya yanaşması və təqdim etdiyi təcrübə qonaqlara təqdim edilib. Kaşıbeyaz “Dreamland Baku” hər kəsi əsl türk mətbəxinin dadını kəşf etməyə və yeni bir qastronomik ünvanla tanış olmağa dəvət edir.

Ünvan: “Dreamland Baku”

Əlaqə telefonu: +994 998 99 19 19

İnstagram: https://www.instagram.com/kasibeyaz.baku/.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar