Paltaryuyan maşın işləyəndə  duş qəbul etmək təhlükəlidir
20 aprel 2026 15:41 (UTC +04:00)

Paltaryuyan maşın işləyəndə duş qəbul etmək təhlükəlidir

0

Paltaryuyan maşın işlədiyi zaman eyni anda duş qəbul etmək, xüsusilə köhnə və ya nasaz elektrik sistemi olan evlərdə təhlükəli ola bilər. Bu vəziyyət həm su təzyiqinin azalmasına, həm də elektrik vurması riskinə səbəb ola bilər. Mütəxəssislər bildirir ki, bəzi evlərdə duş və paltaryuyan maşın eyni su xəttindən istifadə edir. Maşın su götürərkən duşda təzyiq zəifləyə və suyun temperaturu qəfil dəyişə bilər. Bu isə narahatlıq yaratmaqla yanaşı, yanıq riskini də artırır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu problem xüsusilə aşağıdakı hallarda daha çox hiss olunur: köhnə və dar diametrli borular olduqda, bir su xətti bir neçə mənzili təmin etdikdə və ümumi su təzyiqi aşağı olduqda. Bundan əlavə, elektrik təhlükəsi də mövcuddur.

Su elektrik cərəyanını yaxşı keçirdiyi üçün, əgər evdə torpaqlama sistemi zəifdirsə, naqillər köhnədirsə, rozetkalar nasazdırsa və ya paltaryuyan maşında problem varsa, cərəyan sızması baş verə bilər. Belə hallarda elektrik cərəyanı nəm səthlər və ya santexnika vasitəsilə insana keçə bilər. Digər bir risk isə elektrik şəbəkəsinin yüklənməsidir.

Paltaryuyan maşın, su qızdırıcısı və digər cihazlar eyni anda işlədikdə, xətt yüklənə bilər. Bu zaman qoruyucu avtomat ata bilər, naqillər qızar və köhnə sistemlərdə izolyasiya əriməsi riski yaranar.

Mütəxəssislər tövsiyə edir ki, təhlükəsizlik üçün paltaryuyan maşını duşdan sonra işlətmək daha məqsədəuyğundur. Bu, həm su təzyiqi problemlərinin, həm də potensial elektrik risklərinin qarşısını almağa kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar