Süni intellekt bəşəriyyətin 99,5 faizini  məhv edə bilər: HƏYƏCAN TƏBİLİ
20 aprel 2026 12:20 (UTC +04:00)

Süni intellekt bəşəriyyətin 99,5 faizini məhv edə bilər: HƏYƏCAN TƏBİLİ

0

Bir çox alimlər getdikcə belə bir fikrə gəlir ki, süni intellektin inkişafı insanlığın məhvinə səbəb ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, insanlar özləri elə bir texnologiya yarada bilərlər ki, bu da sivilizasiyanı məhv etmək gücündə olsun. Ekspertlər bu ssenarinin baş vermə ehtimalını çox yüksək – 95 faizdən 99,5 faizə qədər qiymətləndirirlər.

Bu gün süni intellekt daha çox əyləncə ilə əlaqələndirilir: şəkil yaratma, zarafatlar və ya robot yarışları. Lakin mütəxəssislər istisna etmirlər ki, texnologiya inkişaf etdikcə bu sistemlər daha ciddi imkanlara sahib ola bilər. Bəzi ekspertlər hətta zarafatla tövsiyə edirlər ki, süni intellektlə ünsiyyətdə nəzakətli olmaq lazımdır – məsələn, “təşəkkür edirəm”“zəhmət olmasa” demək.

Ekspertlər hesab edir ki, bəşəriyyət maksimum ehtiyatla davranmalı və artıq indidən süni superintellektin yaranmasının qarşısını almaq üçün ciddi tədbirlər görməlidir. Belə bir sistemin əlamətləri aşkar edilərsə, onun inkişafı dərhal dayandırılmalı, hətta fəaliyyət göstərdiyi data mərkəzləri məhv edilməlidir.

Analitiklərin sözlərinə görə, superintellektual sistem öz niyyətlərini açıq şəkildə göstərməyəcək. Əksinə, o, imkanlarını gizlədərək səssiz və strateji şəkildə hərəkət edə bilər. Belə halda, belə texnologiyanın cəmi bir uğurlu istifadəsi geri dönməz nəticələrə səbəb ola bilər.

Alimlər iqlim dəyişikliklərinin nəticələrini və bunun ətraf mühitə, ekosistemlərə, eləcə də insanların və heyvanların sağlamlığına təsirini fəal şəkildə araşdırırlar. Yeni tədqiqatda milyonlarla insanın ölümünə səbəb ola biləcək gözlənilməz faktorlar aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar