Ucarda uşaq dünyaya gətirən 15 yaşlı qızın  anası danışdı - VİDEO  - YENİLƏNİB
20 aprel 2026 17:52 (UTC +04:00)

Ucarda uşaq dünyaya gətirən 15 yaşlı qızın anası danışdı - VİDEO - YENİLƏNİB

1

Ucarda uşaq dünyaya gətirən yeniyetmə qızın anası danışıb. 

Lent.az xəbər verir ki, yeniyetmənin anası APA TV-yə deyib ki, qızı qonşusu tərəfindən təcavüzə məruz qalıb.

Ətraflı videoda:

***

saat 15:18

Sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Lent.az-ın sorğusuna cavab olaraq bildirib.

Yerli icra hakimiyyəti orqanının təqdim etdiyi məlumata əsasən, yetkinlik yaşına çatmayan şəxs və yeni doğulmuş körpə hazırda tibb müəssisəsindədir, onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma davam etdirilir və nəticəsindən asılı olaraq yeniyetmənin valideynlərinin məsuliyyəti məsələsinə hüquqi qiymət veriləcəkdir.

Bununla yanaşı, yetkinlik yaşına çatmayan şəxsin və körpənin hüquqlarının qorunması, onların sosial və psixoloji dəstəklə təmin olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

***

13:25

Ucarda yeniyetmə qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

"Daxil olan məlumata görə, rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir", - məlumatda deyilir.

***

12:44

Ucarda yeniyetmə uşaq dünyaya gətirib.

Lent.az APA-ya istinadla xəbər verir ki, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən xəbərə görə, aprelin 14-də saat 19 radələrində hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu 44 santimetr uşaq dünyaya gətirib. Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də sahə həkim mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1953

Oxşar yazılar