Rauf Mirqədirovun məhkəməsinin vaxtı bilindi
12 fevral 2016 15:17 (UTC +04:00)

Rauf Mirqədirovun məhkəməsinin vaxtı bilindi

0

 

Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

 

Bu barədə Lent.az-a jurnalistin vəkili Fuad Ağayev məlumat verib. Vəkil bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası martın 18-i saat 15:00-a təyin edilib.   

 

 

Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.  Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 237

Oxşar yazılar