Qısqanclıq zəminində cinayət törədən şəxsin məhkəməsi başlayıb
08 yanvar 2016 11:47 (UTC +04:00)

Qısqanclıq zəminində cinayət törədən şəxsin məhkəməsi başlayıb

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Bakı şəhər sakini, Maarif Babayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Baxış iclası yanvarın 11-nə təyin edilib.

 

Qeyd edək ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində keçən il sentyabrın 11-də saat 23:30 radələrində Binə qəsəbəsinin Bünyadzadə küçəsində qəsəbə sakini, 1980-ci il təvəllüdlü Rauf Rzayevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Maarif Babayev tutulub.

 

İlkin məlumata görə, Maarif Babayev  hadisəsini qısqanclıq zəminində törətdiyi bildirilir. Belə ki, qeyri-rəsmi yaşadığı qadını Rauf Rzayevlə görüb. Bunu görən Maarif Babayev zərərçəkmiş bıçaqla xəsarət yetirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 543

Oxşar yazılar