Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasının rəisi dəyişdirilib - YENİLƏNİB
15 fevral 2016 12:35 (UTC +04:00)

Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasının rəisi dəyişdirilib - YENİLƏNİB

0

Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasına yeni rəis təyin edilib. 

 

Lent.az-ın məlumatına görə, Fəqan Yaqubov istintaq təcridxanasının rəisi vəzifəsinə təyinat alıb. 

 

Qeyd edək ki, F.Yaqubov buna qədər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləyib. 

**

12:12

Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasının  rəisi işdən çıxarılıb.

 

Lent.az-ın məlumatına görə, təcridxananın rəisi, mayor Zaur Məmmədov ötən həftə tutduğu vəzifədən azad edilib.

 

Qeyd edək ki, ötən ilin sonlarında Milli Təhlükəsizlik Nazirliyinin bir sıra yüksək rütbəli şəxsləri həbs edilmiş, daha sonra isə nazirlik ləğv edilərək əvəzində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılmışdı.

 

Penitensiar Xidmətin rəisi Mədət Quliyev DTX-nın, Orxan Sultanov isə XKX-nin rəisi təyin edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 675

Oxşar yazılar