Bulvarda gənc qızla oğlan özünü dənizə atdı
14 sentyabr 2016 16:12 (UTC +04:00)

Bulvarda gənc qızla oğlan özünü dənizə atdı

0

Bakı bulvarında növbəti dəfə intihara cəhd olub. Lent.az-ın məlumatına görə, 1996-cı il təvəllüdlü Vüsal Şahlar oğlu Alpənahov Dənizkənarı Milli Park ərazisində (“Park Bulvar”ın yanı) özünü dənizə ataraq intihara cəhd edib. Xilasedicilər intihara cəhd edən və onu xilas etmək istəyən daha 2 nəfəri xilas edərək dənizdən çıxarıb.

 

Bundan başqa 1997-ci ildə Sabirabadda anadan olmuş Əhmədova Rəqsanə Abbas qızı bulvar ərazisində (“Mirvari” kafesinin qarşısında) özünü dənizə ataraq intihara cəhd edib. Bulvarın mühafizəçiləri və vətəndaşlar onu sudan çıxarıblar. O ilkin ifadəsində həyatdan bezdiyini deyib.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar