Bakıda ölümlə nəticələnən daha bir yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, saat 22:30 radələrində Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində "VAZ 21099" markalı, 99 KV 152 dövlət nömrə nişanlı avtomobil 59 yaşlı kişini vurub. Ağır xəsarət alan kişinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.