Apellyasiya Məhkəməsi jurnalistin deputata qarşı şikayətini təmin etməyib
04 fevral 2016 17:09 (UTC +04:00)

Apellyasiya Məhkəməsi jurnalistin deputata qarşı şikayətini təmin etməyib

0

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Feyruz Həşimovun Milli Məclisin deputatı Elmira Axundovaya qarşı apellyasiya şikayətinə baxılıb.

 

Lent.az-ın məlumatına görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesin qərarına əsasən şikayət təmin edilməyib. Xətai rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

 

Xatırladaq ki, ötən il Elmira Axundova bəzi kütləvi informasiya vasitələrində onun barəsində qərəzli və böhtan xarakterli materiallar yaydığı iddiası ilə  Feyruz Həşimovu məhkəməyə verib. Xətai Rayon Məhkəməsi deputatın iddiasını təmin edib.  Elmira Axundova Feyruz Həşimovdan kütləvi informasiya vasitələrində onun barəsində yaydığı şərəf və ləyaqətinə zərər vuran yanlış məlumatların təkzib edilməsini, ondan üzr istəməsini və vurulmuş mənəvi ziyana görə 100 min manat tutulmasını tələb edirdi.

Xətai rayon Məhkəməsi dəymiş ziyana görə F. Həşimovdan E. Axundova xeyrinə 5 min manat tutulacaq. 

 

Qərardan narazı qalan F.Həşimov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar