Azərbaycanda 10 günün gəlini niyə öldü? - ARAŞDIRMA BAŞLADI
16 sentyabr 2016 11:34 (UTC +04:00)

Azərbaycanda 10 günün gəlini niyə öldü? - ARAŞDIRMA BAŞLADI

0

Sentyabrın 15-də 26 yaşlı Zərbəliyeva Pərvanı Bulud qızının Zərdabdan Ucara aparılarkən yolda vəfat etməsi ilə bağlı araşdırmalara başlanılıb. Lent.az-ın məlumatına görə, ölüm faktı ilə bağlı Ucar rayon Prokurorluğunda müvafiq araşdırma aparılır və ekspertizalar təyin edilib.

 

Zərdab rayon Mərkəzi Xəstəxanasından Lent.az-a bildirilib ki, dünən axşam saatlarında 2 kişi və bir qadın avtomobillə P.Zərbəliyevanı xəstəxanaya gətiriblər və bu zaman onun vəziyyətinin çox ağır olduğu, təzyiqinin sıfıra yaxınlaşdığı, həyatının xilas edilməsinin mümkünsüzlüyü məlum olub. Xəstəxanadan 26 yaşlı qızın durumunun kritik olduğunu və onun öləcəyini deyiblər. Bunu görən yaxınları 10 günün gəlini olan Pərvanəni Ucara aparmaq qərarına gəlib.

 

Zərdam xəstəxanasından bildiriblər ki, onlar təcili yardım maşını təklif etsələr də, xəstənin yaxınları gözləmədən qadını öz maşınları ilə aparıblar və o, yolda ikən, Ucar rayon Mərkəzi Xəstəxanasına çatmadan keçinib.

 

P.Zərbəliyevanın hansı xəstəlikdən əziyyət çəkdiyi, ilkin diaqnozun nədən ibarət olduğu hələlik məlum deyil.

 

Ekspertizanın nəticəsi əsasında dəqiq rəy veriləcək.

 

*****

 

00:09

 

Zərdaba 10 gündür gəlin gələn qadın müəmmalı şəkildə dünyasını dəyişib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında baş verib.

 

Ağsu rayonundan 10 gündür ki  Zərdab rayonunun Məmmədqasımlı kəndinə gəlin gələn 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə rayonun mərkəzi xəstəxanasına gətirilib. Xəstəxanadan verilən məlumata görə, şok vəziyyətdə xəstəxanaya daxil olan P. Zərbəliyevaya ilkin tibbi yardım göstərilib.

 

Yaxınlarının təkidi ilə xəstə şəxsi maşınları ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ucar Mərkəzi Rayon  Xəstəxanadan verilən məlumata görə , mərhum xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.      

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar