Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Roza Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə R.Abbasova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Roza Abbasova Sədərək Ticarət mərkəzində işləyib. O, onunla birlikdə çalışan vətəndaşların etibarından sui-istifadə edərək onlardan 143 min manat alıb və vəd edib ki, Türkiyəyə gedərək onlara mal gətirəcək. Ancaq sözünün üstündə durmayıb. Cinayət işində 15 nəfərə yaxın zərərçəkən var.
O, Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduz) maddəsi ilə ittiham edilib.