Naxçıvanda selə düşən şəxs xilas edildi-VİDEO
30 may 2026 21:23 (UTC +04:00)

Naxçıvanda selə düşən şəxs xilas edildi-VİDEO

0

Naxçıvanda çayda selə düşərək köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.

Lent.a FHN-ə istinadən xəbər verir ki, hadisə Şərur rayonunun Yuxarı Daşarx kəndi ərazisindən keçən Arpaçay çayında qeydə alınıb.

Məlumata əsasən, vətəndaş çay yatağında traktorla dib dərinləşdirmə işləri apararkən qəfil gələn sel nəticəsində həyati təhlükəli vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Naxçıvan Muxtar Respublikası FHN-in xilasediciləri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Cəfərov Elmir Məhərrəm oğlu xilas edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar