Mütəxəssislərdən xəbərdarlıq: Şarj kabelini ən çox bu vərdişlər sıradan çıxarır
30 may 2026 00:36 (UTC +04:00)

Mütəxəssislərdən xəbərdarlıq: Şarj kabelini ən çox bu vərdişlər sıradan çıxarır

0

Telefonların şarj kabellərinin tez sıradan çıxmasının əsas səbəbi onların səhv bükülməsi deyil.

Lent.az-ın məlumatına görə mütəxəssislər bildirirlər ki, kabelin ən həssas hissəsi USB və ya Type-C başlığı ilə naqilin birləşdiyi nöqtədir və məhz burada zamanla mikroskopik zədələr yaranır.

Kabeli hansı formada bükməyin ciddi fərqi yoxdur. Əsas məsələ onu kəskin bucaq altında qatlamamaq, həddindən artıq əyməmək və birləşmə hissəsinə yük salmamaqdır.

Ekspertlərin sözlərinə görə, kabelin içindəki nazik metal tellər təkrar əyilmələr nəticəsində zəifləyərək qırıla bilər.

Kabelin ömrünü qısaldan ən yayılmış səhvlər bunlardır:

1. Kabeli naqildən tutub dartaraq çıxarmaq,

2. Qısa kabeli güclə uzatmaq,

3. Telefon şarjda olan zaman kabelin kəskin əyilməsinə gətirib çıxaracaq dərəcədə istifadə etmək,

4. Avtomobildə telefonun ağırlığını kabelin ucuna salmaq.

Mütəxəssislər vurğulayırlar ki, şarj kabelinin daha uzun müddət işləməsi üçün onu “düzgün formada bükməkdən” çox, başlıq hissəsini qorumaq və kabelə artıq təzyiq göstərməmək vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar