Yol vermək üstündə  iki ailə arasında DAVA: ölənlər   var
29 may 2026 16:15 (UTC +04:00)

Yol vermək üstündə iki ailə arasında DAVA: ölənlər var

0

Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda iki ailə arasında yol vermə məsələsi üstündə baş verən dava nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, hadisə günorta saatlarında İlıcak məhəlləsi yaxınlığında, Nusaybin avtomobil yolu üzərində baş verib.

Avtomobillə hərəkətdə olan iki ailənin üzvləri arasında yol vermə məsələsinə görə mübahisə yaranıb. Qısa müddət sonra mübahisə silah, daş və dəyənəklərin istifadə olunduğu kütləvi davaya çevrilib.

Hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Yaralılar ilkin tibbi yardımdan sonra yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yaralılardan ikisi həkimlərin bütün səylərinə baxmayaraq ölüb.

Həlak olanların meyitləri ekspertiza üçün xəstəxananın morquna aparılıb. Digər yaralıların müalicəsinin davam etdiyi bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 780

Oxşar yazılar