Dünya kuboku tarixinin  ən böyük futbolçusu SEÇİLDİ
29 may 2026 12:40 (UTC +04:00)

Dünya kuboku tarixinin ən böyük futbolçusu SEÇİLDİ

0

İyunun 11-də futbol üzrə növbəti dünya çempionatı başlayacaq. Turnir ərəfəsində ekspertlər dünya çempionatları tarixinin ən önəmli futbolçularının siyahısını açıqlayıblar.

Lent.az xəbər verir ki, “The Independent” nəşrinin versiyasına görə, Braziliya futbolunun əfsanəsi Pele dünya çempionatları tarixinin ən böyük futbolçusu seçilib.

14 jurnalistin hazırladığı reytinqdə ikinci pillədə argentinalı əfsanə Dieqo Maradona qərarlaşıb.

İlk üçlüyü isə Argentina millisinin kapitanı Lionel Messi tamamlayıb.

Ən böyük futbolçuların ilk beşliyinə həmçinin Frants Bekkenbauer və Ronaldo Nazario daxil edilib.

İlk onluqda bundan başqa Zinedine Zidan, Qarrinşa, Kilian Mbappe, Gerd Müller və Miroslav Klos də yer alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar