Rusiya bəzi giləmeyvə və təzə tərəvəzlərin  idxalına məhdudiyyət qoydu
30 may 2026 01:46 (UTC +04:00)

Rusiya bəzi giləmeyvə və təzə tərəvəzlərin idxalına məhdudiyyət qoydu

0

30 may 2026-cı il tarixindən etibarən Rusiya Ermənistandan pomidor, xiyar, bibər, göyərti və çiyələk də daxil olmaqla müəyyən giləmeyvə və təzə tərəvəzlərin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

APA xəbər verir ki, Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət (Rosselxoznadzor) tərəfindən əvvəllər bildirildiyi kimi, qərar Ermənistan meyvə-tərəvəz məhsullarının Rusiyaya tədarükündə artan pozuntular fonunda və fitosanitar təhlükəsizliyi təmin etmək üçün qəbul edilib.

Agentlik qeyd edib ki, mövcud vəziyyət, onların qiymətləndirməsində, ölkənin fitosanitar statusuna təhlükə yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar