Qaxda 4 tondan çox çətənə kolu məhv edilib.
DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Əlibəyli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 4 ton 200 kiloqram olan 9692 ədəd çətənə kolu məhv edilib.
