Fermer istirahət etmək istəyən  işçisini BALTALADI
30 may 2026 15:19 (UTC +04:00)

Fermer istirahət etmək istəyən işçisini BALTALADI

1

Rusiyanın Stavropol diyarında fermer işçisini amansızlıqla öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Predqornı rayonunda qeydə alınıb.

56 yaşlı heyvandarlıq təsərrüfatı sahibi 72 yaşlı işçisinə balta ilə hücum edib. Münaqişənin səbəbi yaşlı işçinin istirahət istəməsi olub. Təqaüdçü sağ qalsa da, ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, əvvəlcə müdir və işçisi birgə spirtli içki içiblər. Ertəsi gün yaşlı kişi işəgötürənindən istirahət günü istəyib, lakin söhbət qısa zamanda mübahisəyə çevrilib. İddiaya əsasən, təsərrüfat sahibi qəfil baltanı götürərək zərərçəkmişin baş və əl nahiyələrinə bir neçə zərbə vuraraq, ona ağır xəsarətlər yetirib.

Həkimlər zərərçəkmişdə sınıqlar və ağır kəllə-beyin travması aşkarlayıblar. Qan içində olan təqaüdçü tibbi müəssisəyə çatdırılıb və ona lazımi yardım göstərilir. Həkimlərin rəyinə görə, vəziyyəti ağır qiymətləndirilir.

Cinayət axtarışı əməkdaşları şübhəlini qısa müddətdə müəyyən edərək saxlayıblar. Polis bölməsində 56 yaşlı kişi əməlini tam etiraf edib. Hazırda o, həbsdə saxlanılır və barəsində qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 306

Oxşar yazılar