Duzsuz   qida erkən ölüm  riski yaradır? - ARAŞDIRMA
30 may 2026 17:45 (UTC +04:00)

Duzsuz qida erkən ölüm riski yaradır? - ARAŞDIRMA

0

Sağlamlığı qorumaq üçün duzdan tamamilə imtina etmək lazım deyil, lakin bəzi yeməklərdə duzu ədviyyat və müxtəlif aromatik əlavələrlə əvəz etmək faydalı ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qidada duz istehlakının azaldılması bir sıra xəstəliklərin və erkən ölüm riskinin əhəmiyyətli dərəcədə azalmasına kömək edir.

Qidada duzun azaldılması ilk baxışda cəlbedici görünməsə də, onun faydası ölüm riskinin azalması ilə müqayisə olunur.

Son araşdırmanın nəticələrinə görə, yemək hazırlanarkən duz əvəzedicilərindən istifadə hər hansı səbəbdən və ya ürək-damar xəstəliklərindən vaxtından əvvəl ölüm riskinin azalması ilə əlaqələndirilir.

Alimlər həddindən artıq duz istifadəsinin bəzi əlamətlərini qeyd ediblər: köp və şişkinlik, ödem, yorğunluq, yüksək qan təzyiqi, artmış susuzluq hissi, tez-tez sidiyə getmə.

Mütəxəssislər həmçinin ev şəraitində yeməklərə daha az duz əlavə etməyi, duz əvəzedicilərindən istifadə etməyi və ya yeməklərə dad vermək üçün duzsuz ədviyyatlar qatmağı tövsiyə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar