Brakonyerlər qoruq rəisini güllələdilər
0
0
Hadisənin səbəbi məlum deyil
Azərbaycanın Goranboy rayonunda qoruq rəisi brakonyerlər tərəfindən güllələnib.
APA-nın yerli bürosunun məlumatına görə, Korçay Dövlət Qoruğunun rəisi Bağırov Emin Gündüz oğluna brakonyerlər bu gün qoruq ərazisində atəş açıblar.
E.Bağırov yaralı vəziyyətdə Gəncəyə xəstəxanaya aparılıb. Goranboy rayon Polis Şöbəsindən APA-ya hadisə zamanı hansı silahdan atəş açılmasının məlum olmadığı bildirilib. Hadisə yerində araşdırma aparılır.
Məlumata görə, qoruq rəisi Goranboy rayon Su İdarəsinin rəisi Gündüz Bağırovun oğludur.