Həbsxanada qətl törədənlər məhkəmə qarşısında
09 noyabr 2009 12:45 (UTC +04:00)

Həbsxanada qətl törədənlər məhkəmə qarşısında

0
Noyabrın 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cəzaçəkmə müəssisəsində məhkum yoldaşını öldürməkdə təqsirləndirilən Emin Hüseynov və Həbibulla Həbibullayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.


Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında məhkəmə baxışı noyabrın 16-a təyin edilib.



İttihama görə, 2009-cu il iyununda 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin (CM) 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinərək 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Emin Hüseynov CM-in 177.2-ci (oğurluq), 180.2-ci (soyğunçuluq), 234.1-ci (qanunsuz olaraq narkotik maddə saxlama, gəzdirmə və istifadə etmə) maddələri ilə 7 il azadlıqdan məhrum edilən Həbibulla Həbibullayevlə birləşərək CM-in 332.3-cü (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə 5 il azadlıqdan məhrum edilmiş Elvin Həsənovu qətlə yetiriblər.


Qətl hadisəsi məhbuslar arasında şəxsi münaqişə zəminində baş verib.

Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin120.2.4-cü (amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə)və 317-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddələri ilə ittiham olunurlar.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 536

Oxşar yazılar