Bakıda yaşayış binasının partlamasının qarşısı alınıb
06 noyabr 2009 17:45 (UTC +04:00)

Bakıda yaşayış binasının partlamasının qarşısı alınıb

0
Binada qaz sızmasından partlayış təhlükəsi yaranıb


Noyabrın 5-də Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən yaşayış binasının mənzillərinin birində qaz sızması barədə məlumat daxil olub.


Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə gəlmiş xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə daxil olublar.

Mənzilə baxış keçirilərkən orada heç kimin olmadığı və mətbəxdə qaz sobasının açıq vəziyyətdə qaldığı müəyyən edilib. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar