Dayə 7 aylıq körpəni dilənçilərə kirayə verib
06 noyabr 2009 10:45 (UTC +04:00)

Dayə 7 aylıq körpəni dilənçilərə kirayə verib

0
Hindistanda bir dayə qadın inanılmaz hərəkət edib.


Lent.az-ın “Time of İndia” qəzetinə istinadən verdiyi məlumata görə, o, davamlı olaraq, dərmanla yatırtdığı 7 aylıq körpəni günü 2 dollara küçə dilənçilərinə verirmiş.


Körpənin anası Bangalore şəhərində beynəlxalq bir şirkətdə çalışırmış. Ananın bir gün işdən evə tez gəlməsiylə dayənin bu əməlinin üstü açılıb.


Ananın sorğu-sualı qarşısında dayə əməlini etiraf edib və son 3 həftədə körpəni dilənçilərə kirayə verdiyini boynuna alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 492

Oxşar yazılar