Həbs olunan şəxs “Qaçqınkom”un keçmiş işçisidir
05 noyabr 2009 14:45 (UTC +04:00)

Həbs olunan şəxs “Qaçqınkom”un keçmiş işçisidir

0
“Dələduzluqda təqsirləndirilərək həbs edilən Fuad Əsgərov hazırda Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (QMKİDK) çalışmır”.


Bu sözləri APA-ya açıqlamasında QMKİDK-in mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov deyib.

F.Əsgərovun bir neçə il əvvəl işdən uzaqlaşdırıldığını vurğulayan S.Hüseynov onun həbsinin komitə ilə bağlılığının olmadığını söyləyib: “Fuad Əsgərov 2006-cı ilin avqust ayınadək Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin maliyyə şöbəsində çalışıb. O, komitə sədrinin müavini yox, adi maliyyə işçisi olub. 2008-ci ildən isə Fuad Əsgərovun komitə ilə əməkdaşlığına son qoyulub. Onun həbsinin iş fəaliyyəti ilə heç bir bağlılığı yoxdur. Bu, yəqin ki, onun şəxsi həyatı ilə bağlı məsələdir”.



eyd edək ki, QMKİDK-nin sabiq əməkdaşı F.Əsgərov bir müddət əvvəl həbs edilib. F. Əsgərov komitədən uzaqlaşdırıldıqdan sonra Ukraynada bizneslə məşğul olub. Onun həbsi də məhz biznes fəaliyyəti ilə əlaqələndirilir.

Xatırladaq ki, F.Əsgərovun həbs olunması barədə ilk məlumatı “Bizim Yol” qəzeti yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 590

Oxşar yazılar