Kürdəmirlinin “donuz qripi”nə yoluxduğu şəhərdən xəbər var
0
0
Hazırda Ukraynanın İvanovo-Frankovsk şəhər xəstəxanasında 54 nəfər A/H1N1 qripindən müalicə alır
Kürdəmir sakinin A/H1N1 qripinə yoluxduğu Ukraynanın İvanovo-Frankovsk şəhər xəstəxanasında hazırda 54 xəstə bu virusdan müalicə olunur. Onlardan 10 nəfərinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Lent.az xarici mətbuata istinadən bildirir ki, Ukraynanın baş naziri Yuliya Timoşenko İvanovo-Frankovsk şəhər xəstəxanasında “donuz qripi”ndən müalicə olunan xəstələrə baş çəkib.
Ukrayna son dövrlər “donuz qripi”nin sürətlə yayıldığı 3 ölkədən biri hesab olunur. Rusiya və Türkiyə ilə yanaşı, burada da virusa yoluxma səviyyəsi təhlükəli həddə çatıb. Hazırda bu bölgədə A qripinə tutulan 54 min insan həkim nəzarətindədir. Ümumilikdə isə Ukraynada H1N1 virusunun 255 mindən çox daşıyıcısı var. Onların 15 mini xəstəxanaya yerləşdirilib. Epidemiya səbəbindən məktəblər bağlanıb, ictimai toplantı və səyahətlər qadağan olunub.
Xatırladaq ki, A/H1N1 virusuna yoluxmuş Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini də Ukraynanın İvanovo-Frankovsk vilayətində yaşayırmış. O, oktyabrın sonunda Azərbaycana qayıdıb. Adı və soyadı açıqlanmayan xəstə hazırda Bakıdakı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə olunur. Onun vəziyyəti kafi kimi qiymətləndirilir.
Elxan SALAHOV