4 hərbçini öldürən çavuş məhkəmə qarşısında
02 noyabr 2009 14:00 (UTC +04:00)

4 hərbçini öldürən çavuş məhkəmə qarşısında

0
Orxan Səfərov prosesdə özünü qəribə aparıb

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mürsəl Əliyevin sədrliyilə Azərbaycan Ordusunun 3 çavuş və 1 əsgərini qətlə yetirməkdə təqsirləndirilən kiçik çavuş Orxan Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Lent.az-ın məlumatına görə, iclasda O.Səfərov hakimin prosedur qaydalarına uyğun olaraq, verdiyi sualları cavablandırmayıb. Kiçik çavuş özünü məhkəmədə çox qəribə apararaq, aidiyyəti olmayan məsələlərdən rabitəsiz cümlələrlə danışıb.


Məhkəmə baxışı noyabrın 9-a təyin olunub.

Bu il mayın 23-də saat 11:00 radələrində Şəmkir rayonunun Seyfəli kəndi yaxınlığında Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin təlim mərkəzində, kiçik çavuş Orxan Səfərov avtomat silahdan atəş açaraq,Ş çavuşlar Taleh Hidayətovu, Ramin Ataşovu və Şəhriyar Həsənovu qətlə yetirib, Pünhan Həsənovu və Mustafa Sayfulovu isə yaralayıb. Sonradan Mustfa Sayfulov xəstəxanada keçinib.

O.Səfərova qarşı Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.7, 29.120.2.2, 29.120.2.4, 29.120.2.7 maddələri üzrə ittiham irəli sürülüb.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 762

Oxşar yazılar