İsmayıllı rayonunda 11-ci sinif şagirdi özünü asdı
02 noyabr 2009 13:15 (UTC +04:00)

İsmayıllı rayonunda 11-ci sinif şagirdi özünü asdı

0
17 yaşlı oğlanın intiharının səbəbi məlum deyil


Azərbaycanın İsmayıllı rayonunda 11-ci sinif şagirdi özünü öldürüb. Bu barədə APA-ya İsmayıllı rayon Prokurorluğundan məlumat verilib.


Hadisə rayonun Hacıhətəmli kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Murad Behbudov yaşadığı evin həyətindəki tövlədə özünü asaraq, intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik məlumat yoxdur.


Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 585

Oxşar yazılar