Qardaş qatili 9 ildən sonra məhkəməyə çıxarıldı
02 noyabr 2009 11:45 (UTC +04:00)

Qardaş qatili 9 ildən sonra məhkəməyə çıxarıldı

0
Noyabrın 2-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qardaşını öldürüb 9 il azadlıqda gəzən Gəncə sakininin cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Ələkbər Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı noyabrın 9-a təyin edilib.


İttihama görə, təqsirləndirilən Malik Nağıyev 2000-ci ildə qardaşı Natiq Nağıyevi öldürüb. Həmin vaxt onun barəsində axtarış verilib. 2008-ci il dekabrın 23-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə axtarışda olan M.Nağıyev Rusiyanın İjevski şəhərində həbs olunaraq Azərbaycana ekstradisiya olunub.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 622

Oxşar yazılar