Abşeron rayon Polis Şöbəsinin dəftərxana müdiri intihar edib
31 oktyabr 2009 17:00 (UTC +04:00)

Abşeron rayon Polis Şöbəsinin dəftərxana müdiri intihar edib

0
O, yaşadığı mənzildə özünü asıb


Abşeron rayon Polis Şöbəsinin dəftərxana müdiri intihar edib.


Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşayan 57 yaşlı Nizami Balayev oktyabrın 30-da özünü asıb. Suraxanı rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, onun meyiti yaşadığı mənzilin tavanından asılmış vəziyyətdə aşkar olunub.


Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 717

Oxşar yazılar