22 yaşlı oğlan qardaşının arvadını öldürdü
30 oktyabr 2009 19:00 (UTC +04:00)

22 yaşlı oğlan qardaşının arvadını öldürdü

0
Azərbaycanın Yevlax rayonunda ağır qətl hadisəsi baş verib.

Bu barədə APA-ya Yevlax rayon Polis Şöbəsindən bildirilib.

Məlumata görə, hadisə bu gün səhər saat 10.00 radələrində qeydə alınıb. Rayon sakini, 22 yaşlı Nicat Cavadov qardaşının həyat yoldaşı, 29 yaşlı Xəyalə Cavanşirovanı bıçaqlayıb. Bir neçə ağır bıçaq xəsarəti alan X. Cavanşirova hadisə yerindəcə dünyasını dəyişib.


İlkin araşdırmalar nəticəsində qətlin qısqanclıq zəminində baş verdiyi müəyyənləşib. Hadisəni törədən N. Cavadov həbs edilib.


Faktla bağlı Yevlax rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 578

Oxşar yazılar