Salyanda dəhşətli qəza, 5 ölü
29 oktyabr 2009 15:45 (UTC +04:00)

Salyanda dəhşətli qəza, 5 ölü

0
Həlak olanların hamısı gəncdir

Azərbaycanın Salyan rayonunda beş nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.


APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ötən gecə saat 01.00 radələrində Ələt-Astara yolunun 57-ci kilometrliyində Salyan rayon sakini, 1985-ci il təvəllüdlü Qasımov Emin Mirqələm oğlunun idarə etdiyi “VAZ 2107” markalı 90 FN 337 dövlət nömrə nişanlı avtomobil sürətlə yolun kənarında yerləşən yarımçıq tikiliyə çırpılıb.


Sürücü və onun sərnişinləri - Salyan rayonu Qalalı kənd sakini, 1991-ci il təvəllüdlü İbrahimov Xəyal Paşa oğlu və Kürkənd sakini, 1991-ci il təvəllüdlü Rzayev Xəyyam Xudakərim oğlu hadisə yerində dünyalarını dəyişiblər.

Digər iki sərnişin - Salyan rayon sakinləri 1989-cu il təvəllüdlü Sultanov İsa Mətləb oğlu və 1993-cü il təvəllüdlü Əsgərov Elnur Məmməd oğlu Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Ağır kəllə-beyin travması aldıqları üçün onların həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 714

Oxşar yazılar