Çayxanada atışma
28 oktyabr 2009 10:15 (UTC +04:00)

Çayxanada atışma

0
Fatmayi kəndində baş verən hadisə zamanı çayxananın sahibinə güllə atıblar, oğlunu isə döyüblər


Oktyabrın 27-də Bakının Fatmayi kəndində kənd sakinləri Osman Əliyev və onun qardaşı Kazım həmyerliləri Ramiz Cəfərova məxsus çayxanaya gəliblər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qardaşlar Ramiz Cəfərov istiqamətində ov tüfəngindən 2 dəfə atəş açıblar, eyni zamanda Ramiz Cəfərovun oğlu Pərvizi döyüblər.


Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Osman Əliyev və qardaşı Kazım tutulublar.


Qardaşlardan 1 ədəd xaricdə istehsal olunmuş ov tüfəngi və 2 ədəd güllə götürülüb.
Araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 497

Oxşar yazılar