Gəncədə yaşayış evi partlayıb
27 oktyabr 2009 17:00 (UTC +04:00)

Gəncədə yaşayış evi partlayıb

0
Türkiyə vətəndaşı olan ailə başçısı həlak olub, arvadı və qızı ağır yaralanıb

Bu gün saat 08:20 radələrində Gəncə şəhər Heydər Əliyev prospekti, bina 57, mənzil 17-də qaz sızması nəticəsində partlayış baş verib. Fərrux İbrahimova məxsus evdə qeydə alınan partlayış burada kirayədə yaşayan ailənin faciəsinə çevrilib.


Lent.az-ın Gəncəbasar müxbirinin Gəncə Dövlət Yanğından Mühafizə İdarəsindən aldığı məlumata görə, ailə başçısı, milliyyətcə türk olan 1981-ci il təvəllüdlü Barin Məhəmməd Xalis oğlu yanaraq, dünyasını dəyişib. Onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Barin Şəhla Bəhlul qızı və qızı, 2008-ci il təvəllüdlü Barin Aysu Məhəmməd qızı xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 564

Oxşar yazılar