Sumqayıtdakı orta məktəbdə kütləvi zəhərlənmə
23 oktyabr 2009 20:00 (UTC +04:00)

Sumqayıtdakı orta məktəbdə kütləvi zəhərlənmə

0
Zəhərlənən 47 şagirddən 2-nin vəziyyəti ağırdır


Sumqayıt şəhərində məktəblilər arasında kütləvi zəhərlənmə baş verib.


Hadisə 38 saylı məktəbdə qeydə alınıb. Lent.az-ın məlumatına görə, məktəbin direktoru Nadir Atakişiyevin ANS PRESS-ə deyib ki, xəstəxanaya aparılan uşaqların sayı 47 nəfər olub. Onlardan iki qızın vəziyyəti daha ağırdır. Zəhərlənənlər məktəbin 3-8-ci sinif şagirdləridir.


İlkin məlumata görə, şagirdlər "suxari"dən, yəni qurudulmuş çörəkdən zəhərləniblər. Məlumatlara görə, saxlama müddəti 2009-cu ilin may ayında bitmiş məhsulu məktəbin ərazisində “VAZ 2106” markalı avtomobillə gələn 3 nəfər paylayıb.


Artıq polis şagirdlərə bu məhsulu paylayan şəxslərdən birini saxlaya bilib. Araşdırmalar nəticəsində bəlli olub ki, bu şəxslər “Slint” firmasının əməkdaşları olublar.


Şəhər prokurorluğunda faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 635

Oxşar yazılar