Azərbaycanlı əsgərlərin abidəsini erməni dağıdıbmış
23 oktyabr 2009 18:30 (UTC +04:00)

Azərbaycanlı əsgərlərin abidəsini erməni dağıdıbmış

0
Sevastopolda azərbaycanlı əsgərlərin abidəsinin dağıdılmasını erməni təşkil edib


Ukraynanın Sevastopol şəhərində Krımın alman faşistlərindən azad olunması uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsinə ucaldılan abidənin dağıdılmasını milliyyətcə erməni olan Eduard Arakelyan təşkil edib.


Bu barədə APA-ya Krımdakı Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib. O bildirib ki, Gürcüstan vətəndaşı olan 1962-ci il təvəllüdlü E. Arakelyan bu çirkin əməlin həyata keçirilməsində Andrey Qanin adlı yerli sakindən istifadə edib.


Xatırladaq ki, hadisə oktyabrın 4-də baş verib. Oktyabrın 5-də yerli milis olayla bağlı 2 şübhəli şəxsi saxlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar