Prokuror “polis bandasına” iş istədi
0
0
Dəstə üzvləri 32-də çox cinayət törədiblər
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə valyutadəyişmə məntəqələrinə və digər obyektlərə basqınlar edərək cinayət törətməkdə ittiham olunan keçmiş polis əməkdaşlarından ibarət 6 nəfərlik dəstənin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə iş istəyib.
Prokuror Mehdi Əmrəliyevin 15 il, İrac Nəsrullayevin 15 il, Ceyhun Qarayevin 15 il, Seyran Bağırovun 13 il, İsmayıl Feyziyevin 14 il, Rauf Rzayevin isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.
Proses noyabrın 4-də vəkillərin çıxışları ilə davam edəcək.
Təqsirləndirilənlər - Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ), Nərimanov rayon Polis İdarəsinin keçmiş əməkdaşı və 18-ci Polis Bölməsinin keçmiş rəisi Mehdi Əmirəliyev, DİN Şuşa şəhər Şöbəsində və BMCMİ-də əməliyyat müvəkkili işləmiş İrac Nəsrullayev və polis əməkdaşları Ceyhun Qarayev, Rauf Rzayev, Seyran Bağırov və İsmayıl Feyziyev dəstə yaradaraq, 1998-2008-ci illərdə valyutadəyişmə məntəqələrinə basqınlar edərək, külli miqdarda maddi vəsait ələ keçirmək üçün cinayət törədiblər. Dəstə Bakının müxtəlif rayonlarında 32-dən artıq belə cinayət törədib. Dəstə üzvləri 2008-ci il sentyabrın 30-da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Təqsirləndirilənlər Azərbaycan Cinayət Məcəlləsinin 29.120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 180-ci (soyğunçuluq), 217-ci (banditizm), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar.
Fərid Əkbərov