Əminəvəsini öldürən şəxsə 14 illik həbs
23 oktyabr 2009 12:15 (UTC +04:00)

Əminəvəsini öldürən şəxsə 14 illik həbs

0
Oktyabrın 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə yaxın qohumunu qətlə yetirməkdə təqsirləndirilən Şəmkir rayon sakininə hökm oxunub.


Lent.az-in məlumatına görə, hakim Elmar Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə Bayram Zamanov 14 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 2009-cu il iyunun 2-də Şəmkir rayonu Moruq kəndi ərazisində baş verib. Kənd sakini B.Zamanov münaqişə zəminində əminəvəsi Əli Zamanova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Ə.Zamanov orada ölüb.


B.Zamanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 646

Oxşar yazılar