Qəzada ölən hamilə qadının bətnindəki körpə sağ qaldı
19 oktyabr 2009 14:00 (UTC +04:00)

Qəzada ölən hamilə qadının bətnindəki körpə sağ qaldı

0
Dünən Ankaraya gedən magistral yolda sürətlə hərəkət edən minik avtomobilinin təkəri partlayıb və çevrilən avtomobil 100 metr sürüklənib.


Lent.az-ın “haberturk” saytına istinadən verdiyi məlumata görə, avtomobildəki 6 nəfərdən ikisi – Nuri Gündüz və Şükran Kırgıl hadisə yerində keçinib. 4 yaralı isə xəstəxanaya çatdırılıb. Yaralılardan Sultan Kırgül və Tuana Gündüzün müalicəsi xəstəxanada davam etdirilir.


Qəzada yaralanan 26 yaşlı Nuriyə Gündüz isə xəstəxanada keçinib. 7 aylıq hamilə olan Nuriyə Gündüzün bətnindəki körpəni xilas etmək mümkün olub. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb və körpə bətnindən çıxarılıb.


Anası ölən körpənin sağlam olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 652

Oxşar yazılar